Səhiyyə İnformasiya Sisteminin qiymətləndirilməsi istiqamətində işlər görülür
15.12.2021 11:45
ÜST-ün Avropa üzrə Regional ofisinin Data və analitika şöbəsinin rəhbəri David Novillo Ortiz və ÜST-ün məsləhətçisi Andrea Şmidt Səhiyyə İnformasiya Sisteminin (SİS) qiymətləndirilməsini həyata keçirmək üçün Azərbaycana səfər edib.
 
Qiymətləndirmə səhiyyə sistemi strategiyasının hazırlanmasının bütün aspektlərini - mövcud sistemin qiymətləndirilməsindən strategiyanın tətbiqi və dəyərləndirilməsinə qədər "ÜST/Avropa regionunun Səhiyyə informasiya sistemlərinin gücləndirilməsi üçün metodik vəsait: səhiyyə informasiya sisteminin qiymətləndirilməsi və strategiya hazırlanması" üzrə təlimat vasitəsilə aparılıb. Həmçinin vəsait SİS-in məlumatların toplanması, analizi, səhiyyə hesabatı, biliklərin ötürülməsi, idarəetmə və mənbələr kimi müxtəlif elementlərini əhatə edir.
 
Qiymətləndirmə çərçivəsində missiya üzvləri Səhiyyə İnformasiya Sistemi mövzusunda Səhiyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in nümayəndələri ilə görüşlər keçiriblər.
 
Bundan əlavə, ekspertlər Bakı şəhərində 1 saylı Klinik Tibb Mərkəzi, 1 saylı Uşaq Poliklinikası, "Bonadea International Hospital", Şamaxı Rayon Mərkəzi Xəstəxanası və Göylər kənd Ailə Sağlamlıq Mərkəzinə səfər ediblər.
 
Missiya maraqlı tərəflərin iştirakı ilə əsas nəticələrin və növbəti addımların müzakirə olunduğu brifinqlə yekunlaşdırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib