Mərkəzi Gömrük Hospitalının rezidenti miomaların əsas xüsusiyyətlərinə dair təqdimatla çıxış edib
15.12.2021 10:06
Dekiabrın 14-də Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rezidenti Güllüxanım Həsənli “Miomalar” mövzusunda geniş təqdimatla çıxış edib.
 
Aztibb.az xəbər verir ki, hibrid formatda təşkil olunan toplantıda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımova, eləcə də hospitalın müvafiq ixtisaslı həkimləri və rezidentləri iştirak ediblər.
 
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.f.d., dosent İsmayıl Əfəndiyev Mərkəzi Gömrük Hospitalında rezidentlərin ixtisaslaşması üçün mütəmadi olaraq həyata keçirilən tədbirlər barədə məlumat verib və bu görüşlərin silsilə şəklində davam etdiriləcəyini vurğulayıb.
 
Daha sonra G.Həsənlinin “Miomalar” mövzusunda hazırladığı təqdimat dinlənilib, iştirakçılar tərəfindən səsləndirilən suallar cavablandırılıb, rəy və təkliflər səsləndirilib.
 
Toplantının sonunda Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımova G.Həsənlinin çıxışını yüksək qiymətləndirib, ona və kuratoru Mama-ginekologiya şöbəsinin rəisi, t.f.d. Təranə Bayramovaya fəaliyyətlərində uğurlar arzu edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır