Əhalinin icbari tibbi sığortaya dair maarifləndirilməsində medianın roluna həsr olunmuş təlim keçirilib  
14.12.2021 15:51

Dekabrın 14-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “Əhalinin icbari tibbi sığorta haqqında maarifləndirilməsində medianın və vətəndaş cəmiyyətinin rolu” adlı təlim keçirilib.

 

Təlimin keçirilməsində əsas məqsəd Agentliyin fəaliyyətini və ümumilikdə icbari tibbi sığorta mövzusunu işıqlandıran media mənsublarına bu sahəni daha dolğun əks etdirmələri üçün ətraflı məlumat vermək, onlarla əməkdaşlıq imkanlarını genişləndirmək, habelə qeyri-hökumət təşkilatları ilə tərəfdaşlığı gücləndirməkdir.

 

Tədbirin açılışında çıxış edən Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, əhalinin icbari tibbi sığorta haqqında maarifləndirilməsi Agentliyin fəaliyyətində prioritet istiqamətlərdən biridir və bu işdə media ilə qeyri-hökumət təşkilatlarının rolu böyük əhəmiyyət daşıyır. O, həmçinin təlimin proqramı barədə məlumat verərək Agentliyin cari ildə həyata keçirdiyi islahatları diqqətə çatdırıb: “Tibb müəssisələrində aparılan struktur dəyişiklikləri ilə bağlı islahatların məqsədi dövlət tibb müəssisələrinin fəaliyyətinin effektiv təşkili və idarəolunmasını təmin etməkdir. Eyni zamanda, islahat çərçivəsində xəstəxanalarda ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislərin fəaliyyətə başlaması tibb müəssisələri ilə media arasında kommunikasiyanın gücləndirilməsinə xidmət edəcək”.

 

Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli isə media nümayəndələrinin peşəkarlığının artırılması və müvafiq sahədə mütəxəssislərin hazırlanması ilə bağlı təlimlərin əhəmiyyətindən bəhs edib. Bildirib ki, müxtəlif sahələr üzrə media nümayəndələrinin bilik və bacarıqlarının artırılması həmin sahələrlə bağlı məlumatların cəmiyyətə doğru və dəqiq çatdırılmasında mühüm rol oynayır. Buna nail olmaq üçün Agentlik təsis edildiyi gündən müxtəlif qurumlarla birgə çoxlu sayda inkişaf proqramları və kompleks tədbirlər həyata keçirib. Onun sözlərinə görə, bugünədək təşkil olunan müxtəlif təlimlər və ixtisasartırma proqramlarına 450-dən çox media nümayəndəsi cəlb edilib.

 

Təlimin birinci hissəsində Agentliyin Tibbi ekspertizanın texniki qaydaları şöbəsinin müdiri Səbinə Quliyeva “Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər”, Agentliyin Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov isə “Göndərişlərin verilmə qaydası” mövzusunda təqdimatlarla çıxış ediblər.

 

İştirakçılara, həmçinin icbari tibbi sığorta çərçivəsində xidmət almış vətəndaşın hekayəsini əks etdirən videoçarx təqdim olunub.

 

İkinci hissədə isə Agentliyin İşçi Qrupunun rəhbəri, Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərovun “İcbari tibbi sığorta sistemindən yararlanmaq üçün tibb müəssisələrinə müraciət qaydası. TƏBİB-in icbari tibbi sığorta sisteminin tətbiqində rolu” və Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamə Musayevanın “Agentlik ilə KİV və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi” mövzusunda çıxışları təqdim olunub.

 

Təlim çərçivəsində praktik sessiya da keçirilib. Belə ki, əvvəlcə iştirakçılara icbari tibbi sığorta ilə bağlı suallar verilib, daha sonra isə düzgün cavablar təqdim olunub.

 

Sonda təlim iştirakçılarının sualları cavablandırılıb, onlara sertifikatlar təqdim edilib.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
İmişli Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib