İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmisi həkimlərin səriştəsizliyindən gileyləndi
14.12.2021 14:56

"Əhalinin icbari tibbi sığorta haqqında maarifləndirməsində medianın və vətəndaş cəmiyyətinin rolu" mövzusunda təlimdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işçi qrupunun rəhbəri, Kliniki Tibbi Mərkəzin (KTM) direktoru Könül Ələkbərov maraqlı açıqlama edib.

 

Aztibb.az xəbər verir ki, direktor rəhbərlik etdiyi mərkəzdə fəaliyyət göstərən bəzi həkimlərin səriştəsizliyinə diqqət çəkib: "Özəl tibb müəssisələri ilə kifayət qədər müqavilələr imzalanıb. O həkimə yüksək əmək haqqı verilir ki, onun tibbi fəaliyyəti qənaətbəxşdir. Məsələn, Kliniki Tibbi Mərkəzdə 12 min manat əmək haqqı alan cərrahlar, 5 min manatdan artıq maaş alan mama-ginekoloqlar var. Amma 300 manat maaş alan mama-ginekoloq da var. Çünki onun son 6 aydakı əməliyyat sayı sıfırdır. Həmin həkimə deyirəm ki, sənin bir qohumun belə yoxdur ki, onu müayinə edəsən?! Deməli öz qohumları belə onlara etibar etmir. Belə olan halda digər vətəndaş onun yanına niyə gəlsin? Hətta bəzi dövlət rəsmiləri zəng edib deyir ki, onu yola ver. Bildirirəm ki, artıq yolavermə kampaniyası bitib. Vətəndaş məmnunluğu lazımdır”.

 

O, KTM-də Urologiya və Neyrocərrahiyyə şöbəsinin açıldığını qeyd edərək, 6 ay boyu gün ərzində Urologiya şöbəsinin həkimləri tərəfindən 12-15, Neyrocərrahiyə şöbəsinin cərrahları tərəfindən isə 4-5 əməliyyatın icra olunduğunu bildirib.

 

“Əvvəlki 6 ayın statistikasına baxanda mərkəzdə rayon xəstəxanalarında olduğu kimi gündə cəmi 5-6 əməliyyat həyata keçirilirdi. Bu gün isə gündəlik olaraq 35 əməliyyat icra olunur. Gələcək üçün texniki avadanlıqların yenilənməsi nəticəsində gündəlik əməliyyatların sayının 50-ni keçməsini hədəfləyirik”, – deyə agentliyin rəsmisi vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib