COVID-19 xəstəliyi uşaqlar üçün də təhlükəlidir - AÇIQLAMA
04.09.2020 14:24

Böyüklərdə olduğu kimi, uşaqlarda da COVID-19 xəstəliyi ağır fəsadlara gətirib çıxara bilər.

 

Aztibb.az xəbər verir ki, bunu “Həkim məsləhəti” rubrikasında pediatr-neonatoloq Aygün Sadıxova deyib.

 

O, bildirib ki, uşaqların da koronavirus infeksiyasından qorunması üçün bütün qaydalara riayət olunmalıdır: "Xüsusilə 12 yaşa qədər olan uşaqların maskadan istifadəsi ehtiyatla aparılmalıdır ki, maska onlar üçün əlavə infeksiya mənbəyinə çevrilməsin. Koronavirusa qarşı effektiv peyvənd tapılana qədər uşaqları qorumaq lazımdır".

 

A.Sadıxova uşaqlara doğulduğu gündən bütün peyvəndlərin vurulmalı olduğunu qeyd edib. Onun sözlərinə görə, digər xəstəliklərə qarşı peyvəndləri vurulmayan uşaqlar virusa yoluxarsa, xəstəliyi daha ağır keçirə bilərlər. Bir yaşa qədər uşaqlarda COVID-19 virusu ağırlaşmalara səbəb ola bilər.

 

"COVID-19 virusu yenidoğulmuş uşaqlarda respiratir distress sindromunun yaranmasına və körpənin süni tənəffüs aparatına qoşulmasına səbəb ola bilər. Həmçinin bu virusa yoluxan uşaqlar xəstəliyi yüngül keçirsələr də, daşıyıcı ola bilərlər. Bir uşaqda COVID-19 xəstəliyi aşkarlanıbsa, əksər hallarda ailənin digər üzvləri də yoluxmuş olub. Buna görə də, uşaqlar həyətdə oynadıqda mütləq ara məsafəsi saxlamaq, maskadan düzgün istifadə etmək, uşaqların əllərini qaydalara uyğun yumaq, yelləncəyə mindirdikdə tutacaqları dezinfeksiya etmək və onları kütləvi yerlərə aparmamaq lazımdır, - deyə həkim vurğulayıb.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub