ATU-da fakültələrarası idman yarışları keçirilir  
14.12.2021 10:11
Dekabrın 11-də Azərbaycan Tibb Universitetinin (ATU) 90 illik yubileyinə həsr olunmuş fakültələrarası idman yarışlarına start verilib.
 
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
ATU-nun İdman Kompleksində təşkil olunan tədbirdə universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Kərimli çıxış edərək bu yarışların ATU-nun 90 illik yubileyi münasibətilə keçirilən tədbirlər planına salındığını, lakin COVID-19 pandemiyası səbəbindən bu gün baş tutduğunu bildirib.
 
Sonra çıxış edən “Təbib” idman klubunun sədri, Əməkdar məşqçi Qələndər Aslanov qeyd edib ki, yarışlar xüsusi təsdiq olumuş Əsasnaməyə uyğun keçirilir: “Burada yarışların keçirilməsinin məqsəd və vəzifələri, keçirilmə yeri və tarixi, hansı idman növlərini əhatə edəcəyi siyahıda ardıcıllıqla göstərilib. Stritbol (basketbol), voleybol, stolüstü tennis, badminton, futzal və şahmat növləri üzrə keçirilən yarışlara ATU-nun bütün fakültələrindən həvəskar tələbələr və rezidentlər qatılıb”.
 
Proqramda müəyyən edilmiş qaydalardan danışan Q.Aslanov bu gün keçirilən yarışların voleybol, stritbol, badminton və şahmat (qızlar) üzrə universitetin 6 fakültəsindən seçilmiş 95 iştirakçı arasında baş tutacağını bildirib.
 
Yarışların sonunda mükafatlandırma mərasimi olub.
 
Mərasimdə şahmat (qızlararası) üzrə II Müalicə profilaktika fakültəsinin (MPF) tələbələri Hicran Elyanura I, Fatimə Məmmədova II, Zərifə Abdullayeva və Çinarə Quliyeva isə III yerlərin sahibləri kimi mükafatlandırılıblar.
 
Fakültələr arasında da qaliblər müəyyənləşdirilib. Belə ki, badminton üzrə II MPF I, I MPF II, Əczaçılıq və İctimai səhiyyə fakültələri isə III yerləri tutublar. Stritbol (basketbol) üzrə Stomatologiya fakültəsi I, I MPF II, II MPF və Hərbi tibb fakültəsi (HTF) isə III yerlərsahibləniblər. Voleybol üzrə Stomatologiya fakültəsi I, HTF II, I MPF və Əczaçılıq fakültələri isə III yerə layiq görülüblər.
 
Məlumat üçün bildirək ki, fakültələrarası stolüstü tennis, futzal və şahmat (oğlanlararası) üzrə yarışlar dekabrın 18-də keçiriləcək.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib