Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı olan "Florence Nightingale" Xəstəxanalar Qrupu ilə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib  
14.12.2021 10:03
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi və Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı olan "Florence Nightingale" Xəstəxanalar Qrupunun nümayəndələri arasında onlayn görüş keçirilib.
 
Görüşdə elmi-tədris fəaliyyətinin təşkilində qurumlararası əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də Mərkəzi Gömrük Hospitalında fəaliyyət göstərən həkim-rezidentlərin təkmilləşdirilməsi istiqamətində həyata keçiriləcək təcrübə mübadiləsi məsələləri müzakirə olunub.
 
"Zoom" platforması üzərindən baş tutan görüşdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi, "Florence Nightingale" Xəstəxanalar Qrupu və Türkiyə Cümhuriyyəti Demiroğlu Elm Universiteti arasında imzalanmış üçtərəfli əməkdaşlıq memorandumuna əsasən 2022-ci ildə görüləcək işlərin müştərək icrası barədə məlumat əldə olunub.
 
Görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavinləri Şahlar Mirqasım və İsmayıl Əfəndiyev, Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə, "Florence Nightingale" Xəstəxanalar Qrupunun MDB ölkələri üzrə Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fuad Ağazadə və Azərbaycan nümayəndəliyinin təmsilçisi Samir Cavadov iştirak ediblər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb