“Gənclik dövründə sağlam həyat tərzi və reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici tədbir keçirilib
13.12.2021 17:56

Təhsil Nazirliyi Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə 10 dekabr 2021-ci il tarixdə Azərbaycan Turizm və Menecment Universitetində “Gənclik dövründə sağlam həyat tərzi və reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici tədbir keçirilib.

Aztibb.az xəbər verir ki, gənclərin reproduktiv sağlamlıq və ailə planlaşdırılmasına dair biliklərinin artırılması və davranışının təkmilləşdirilməsi məqsədilə təşkil olunan tədbirdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Afət Məmmədova geniş təqdimatla çıxış edib. O, sağlam həyat tərzi və reproduktiv sağlamlıq, cinsi yolla yoluxan infeksiyalar və ailə planlaşdırılması, erkən nikahların fəsadları və digər mövzular barədə ətraflı məlumat verib, gəncləri maraqlandıran sualları cavablandırıb.

 

Maarifləndirici tədbirdə gənclərə sağlam həyat tərzi seçərək zərərli vərdişlərdən uzaq olmaq tövsiyə olunub, gənc yaşlarda reproduktiv sağlamlığı qorumağın vacibliyi vurğulanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır