Nəfəs borusuna "fındıq ləpəsi" düşən 2 yaşlı uşaq sağlamlığına qovuşub - Mərkəzi Klinika
13.12.2021 19:52
"Fındıq ləpəsi" 2 yaşlı uşağın həyatına ciddi təhlükə yaradıb.
 
Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Klinikanın uşaq cərrahiyyəsi və urologiyası uzmanı, cərrah Fuad Hüseynov sosial şəbəkədə məlumat verib.
 
Həkim bildirib ki, valideynləri uşağın fındıq yeyərkən anidən boğulduğunu, göyərdiyini və nəfəsinin dayandığını görüblər. İlkin müdaxilədən sonra uşaq nəfəs almağa başlasa da, hadisədən sonra öskürək, xırıltılı tənəffüs başlayıb. Uşaq çətinliklə nəfəs alıb:
 
"Aparılan müayinələr zamanı məlum olub ki, uşağı bu vəziyyətə salan səbəb nəfəs borusuna düşən fındıq parçasıdır. Təcili şəkildə işıqlı alətlə nəfəs borusuna girilərək fındıq parçası çıxarılıb".
 
F.Hüseynov uşağın rahat nəfəs almağa başladığını və 1 gün sonra tam sağlam şəkildə evlərinə yola salındığını qeyd edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır