Seminarda vərəm xəstəliyinin erkən aşkarlanması və müayinəyə cəlb olunması məsələləri müzakirə edilib  
13.12.2021 12:52

Bakı Sağlamlıq Mərkəzində “Vərəm xəstəliyinin əhali arasında geniş yayılmasının qarşısının alınması, xəstəliyin erkən aşkarlanması və xəstələrin müayinəyə cəlb olunması” mövzusunda seminar keçirilib.

 

Aztibb.az-ın məlumatına görə, Bakının 83 tibb müəssisəsindən olan əməkdaşların iştirakı ilə keçirilən seminarda respublikanın baş ftiziatrı, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Ftiziatriya kafedrasının professoru Yavər Şıxəliyev “Vərəm xəstəliyinin erkən aşkarlanması metodlarının müasir aspektləri” mövzusunda çıxış edib.

 

Yavər Şıxəliyev çıxışında vərəmin aktiv və passiv aşkarlanma metodları, uşaq və yeniyetmələr arasında immunodiaqnostikanın rolu haqqında məlumat verib, kliniki müşahidələrin illüstrasiyaları slaydlar vasitəsilə təqdim olunub. Eyni zamanda, passiv aşkarlanmada sürətləndirilmiş molekulyar genetik metod “GeneXpert MBT RİF”lə yanaşı sadə mikroskopiya metodlarının epidemioloji rolu izah edilib. Aktiv aşkarlanmada isə müasir rəqəmsal mobil flüoroqraf aparatlarının effektli işləməsi üçün risk qruplarının seçilmə taktikası və onların müayinəyə cəlb olunması məsələləri araşdırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib