Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin əməkdaşı “Peşəkar mühasib” sertifikatına layiq görülüb  
13.12.2021 13:00
Ölkəmizdə peşəkar mühasib hüququnu əldə etmək üçün "Mühasibat uçotu haqqında" AR Qanununun 5-ci fəslinin 14.1 maddəsinə uyğun olaraq peşəkar mühasiblər üçün nəzərdə tutulmuş müvafiq sertifikata sahib olmaq və peşəkar mühasib təşkilatının üzvü olmaq tələb olunur.
 
Aztibb.az-ın məlumatına görə, Nazirlər Kabinetinin 22 may 2019-cu il tarixli qərarına əsasən “Peşəkar mühasib” sertifikatının verilməsi prosesinin təşkili və imtahanların keçirilməsi Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilir.  Peşəkar mühasiblər malik olduqları sertifikatın növünə uyğun peşəkar mühasib xidməti göstərmək hüququ əldə edirlər.
 
“Peşəkar mühasib” sertifikatının verilməsi məqsədilə noyabrın 21-də və 28-də DİM tərəfindən imtahanlar keçirilib. İmtahanlar 2 mərhələdən ibarət olub, maliyyə və uçot sisteminin qurulması və qanunvericilik bazasının yoxlanılması məqsədi daşıyıb. 
 
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Maliyyə şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Arzu Həsənov hər iki imtahanı müvəffəqiyyətlə verərək, “Peşəkar mühasib” sertifikatına layiq görülüb. 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır