Bu il Azərbaycanda 211 uşaq üzərində kardiocərrahi əməliyyat icra olunub
13.12.2021 11:10
2021-ci ilin yanvar-noyabr ayları ərzində icbari tibbi sığorta çərçivəsində 211 uşaq üzərində kardiocərrahi əməliyyat icra olunub.
Əməliyyatlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) müqavilə bağladığı özəl tibb müəssisələrində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində həyata keçirilib. Əməliyyat olunan şəxslər arasında 2-3 aylıq körpələr də olub. Ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan vətəndaşlar növbəlilik prinsipi əsasında əməliyyat olunublar. Məlumat üçün bildirək ki, vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı davam edir.
Qeyd olunmalıdır ki, perinatal dövrdə meydana çıxan ürək-damar pozuntuları, qan-damar sisteminin anadangəlmə inkişaf qüsurlarının müayinə və müalicəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanır. Əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, reanimasiya və stasionarda yatış, yatış müddətində təyin edilmiş laborator və instrumental müayinə xərcləri, histopatoloji, sitopatoloji müayinələr, fizioterapiya, həkim təqibi Xidmətlər Zərfi çərçivəsində təmin edilir.
Son zamanlar müxtəlif media mənsublarında ayrı-ayrı şəxslərin cərrahi əməliyyat olunmaları üçün əhalidən vəsait toplamaq məqsədi daşıyan müraciətlərə rast gəlinir. Bu yaxınlarda məşhur media qurumu tərəfindən dərc olunan 3 yazı Agentlik tərəfindən araşdırılmışdır. Həmin şəxslərlə əlaqə saxlanılarkən məlum olmuşdur ki, onlara icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər göstərilmişdir. Vəsaitin toplanılması isə əslində xəstəliklə əlaqədar digər ehtiyacların qarşılanması ilə bağlı olmuşdur.
Vətəndaşların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin bir daha diqqətinə çatdırmaq istərdik ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə 2550 sayda tibbi xidmət təminata alınır. Tibbi xidmətlərin 950-sini cərrahi əməliyyatlar təşkil edir. Həmin əməliyyatlar sırasına koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi, oynaqdaxili endoprotezləşdirmə, aorto-koronar şuntlama əməliyyatı, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, eləcə də minimal invaziv üsulla həyata keçirilən kardiocərrahiyyə əməliyyatları və bir sıra digər əməliyyatlar daxildir. Qeyd edək ki, dövlət proqramları çərçivəsində müalicə və müayinəsi qarşılanan xəstəliklərlə bağlı tibbi xidmətlər, habelə kosmetik prosedurlar və plastik cərrahiyyə, orqan transplantasiyası, süni mayalanma və stomatoloji xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil deyil.
Vətəndaşlardan, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələrindən xahiş olunur ki, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin göstərilməsi ilə bağlı çətinlik olduqda ilk növbədə aidiyyəti quruma (tibb müəssisəsi/TƏBİB/Agentlik) müraciət etsinlər.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində müasir müalicə və reabilitasiya metodları tətbiq olunur
23.10.2026 | 09:54
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

