Alimlər genetika ilə koronavirusdan ölüm halları arasında əlaqə aşkarlayıblar
13.12.2021 09:38

Yaponiyanın Fizika və Kimyəvi Tədqiqatlar İnstitutunun həkimləri genetika ilə koronavirusdan ölüm halları arasında əlaqə aşkar ediblər.

 

Aztibb.az japantimes.co.jp-yə istinadən xəbər verir ki, elmi işin nəticələri Japan Times-da dərc olunub.

 

Tədqiqatçılar yaponların təxminən 60 faizində və avropalıların 10-20 faizində rast gəlinən HLA-A24 molekulunu araşdırıblar.

 

Aydın olub ki, onun tərkibində olan QYI komponenti orqanizmdə yad elementin (virusun) olması barədə immun sistemini xəbərdar edə bilər. Bu da, öz növbəsində xəstəliklə daha yaxşı mübarizə aparmağa kömək edir.

 

Mütəxəssislər hesab edirlər ki, oxşar qorunma üsulu digər koronavirus infeksiyaları zamanı da işləyir. Ekspertlərin fikrincə, bu məlumatlar infeksiyanın yayılmasını və ondan ölüm hallarını azaltmaq üçün COVID-19 üçün dərmanlar, peyvəndlər yaratmaq üçün istifadə edilə bilər. Araşdırma, həmçinin xərçəng və qan xəstəlikləri üçün tamamilə yeni bir dərman hazırlamağa kömək edə bilər.

 

 

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
SMA dərmanları ilə bağlı araşdırma aparılır - Nazir açıqladı
Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir?