Autizm.az saytının yenilənmiş versiyasının təqdimatı olub
12.12.2021 09:20

“Autizm - Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyinin sağlamlıq imkanları məhdud olan autizmli uşaqlara psixo-sosial reabilitasiya xidmətlərinin göstərilməsi məqsədilə hazırlanmış maarifləndirici onlayn platformanın təqdimatı keçirilib.

 

Aztibb.az xəbər verir ki, təqdimatda “Autizm - Defektoloji və Psixoloji Yardım Mərkəzi” İB rəhbərliyi, müvafiq ictimai birliklər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ombudsman aparatının nümayəndələri, eyni zamanda, psixoloq-defektoloqlar iştirak ediblər.

 

İctimai Birliyin rəhbəri Çiçək Məmmədli Autizm.az saytının məqsədi və birliyin gələcək planları barədə məlumat verib. Bildirilib ki, autizmli uşaqların cəmiyyətə inteqrasiyası sahəsində ailələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi Aautizm.az saytının əsas missiyasıdır. Onun dediyinə görə, XXI əsrin qlobal problemi hesab edilən autizm Azərbaycanda da aktualdır: “Araşdırmalara görə, dünya əhalisinin təxminən 70 milyonu autizmdən əziyyət çəkir və təəssüflər olsun ki, dünyada, eləcə də ölkəmizdə autizmli uşaqların sayı ildən-ilə artır. Hesab edirəm ki, burada əsas problem valideynlərin autizmli uşaqları gizlətmələri, bəzi hallarda onlardan utanmalarıdır. İnklüziv cəmiyyətin formalaşması üçün vətəndaşların, xüsusilə də autizmli övladı olan valideynlərin maarifləndirilməsi zəruridir. Hazırda Autizm - Defektoloji və Psixoloji Yardım Mərkəzində minə qədər uşağa yardım göstərilir”.

 

O, autizm.az platformasını valideynlərin maarifləndiriməsi baxımından uğurlu addım hesab etdiyini bildirib: “Onlayn platformada müxtəlif müalicə metodları barədə videoçarxlar yerləşdirilib. Həmin videolar autizmli uşaqların əl-göz inkişafının koordinasiyası, özünəxidmət bacarığı, rəng eyniləşdirməsi, kiçik motorikanın inkişafı, nəfəs gimnastikası və s. sahələri əhatə edir. Müxtəlif psixoloqlar tərəfindən hazırlanmış videolar autizmli övladı olan valideynlər üçün çox faydalıdır. Valideynlər həmin maarifləndirici videoları izləyərək müxtəlif metodları övladlarında tətbiq edə və bəhrəsini görə bilərlər. Gələcəkdə platformada yerləşdirilən təlim və reabilitasiya metodlarının nümayiş etdirildiyi videoların sayının artırılması planlaşdırılıb. İctimai Birliyin növbəti uğurlu addımlarından biri olan onlayn platformanın autizmli uşaqlarla iş sahəsində mühüm töhfə verəcəyinə inanıram”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır