Hərbi Tibb Fakültəsində rezidentlərin buraxılış mərasimi keçirilib (FOTO)
11.12.2021 16:32

Hərbi Tibb Fakültəsinin rezidenturasında təhsil alan hərbi həkimlərin növbəti buraxılış mərasimi keçirilib.


Aztibb.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Tədbirdə çıxış edənlər məzunların respublikanın aparıcı professor müəllimlərindən dərs aldıqlarını, Vətən müharibəsi dövründə hərbi həkimlərlə birlikdə rezidentlərin də cəbhə bölgəsinə ezam olunaraq yaralı hərbi qulluqçulara ilkin tibbi yardım göstərdiklərini qeyd ediblər. COVID-19 pandemiyasına qarşı ordumuzda da ciddi mübarizə aparıldığı, bu sahədə kursantlar, rezidentlər və həkimlərin əvəzsiz xidmətləri olduğu xüsusi vurğulanıb.

 

Tədbirin sonunda rezidentlərin təhsil müddətində ixtisasları üzrə apardıqları cərrahiyyə əməliyyatları və müalicə zamanı lentə aldıqları çəkilişlərdən ibarət qısametrajlı videoçarx nümayiş etdirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır