Tibbi Xidmət İdarəsinin nümayəndələri AMEA Fiziologiya İnstitutunda olublar  
11.12.2021 15:03

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.f.d., dosent İsmayıl Əfəndiyev, Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Azad Əhmədov və Mərkəzi Gömrük Hospitalının həkim-infeksionisti Mədinə Abdullayeva əməkdaşlıq haqqında ikitərəfli memorandum çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutunda işgüzar görüş keçiriblər.

 

Aztibb.az xəbər verir ki, görüşdə AMEA Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova yeni koronavirus pandemiyası dövründə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı ilə aparılan birgə elmi araşdırmalar sahəsində əldə edilmiş nəticələrdən məmnunluğunu ifadə edib. O, COVID-19 xəstəliyinin ağır klinik gedişi ehtimal edilən və risk qrupuna daxil olan pasiyentlərin aşkar edilməsi sahəsində gələcək əməkdaşlıq haqqında öz düşüncələrini bölüşüb.

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.f.d., dosent İsmayıl Əfəndiyev COVID-19 xəstələrində və postkovid sindromundan əziyyət çəkən şəxslərdə müxtəlif tibbi, bioloji və psixoloji aspektlərin birgə tədqiq edilməsinin, o cümlədən aparılan elmi araşdırmalara Mərkəzi Gömrük Hospitalının gənc mütəxəssisləri və həkim-rezidentlərinin cəlb olunmasının əhəmiyyətini qeyd edib, birgə elmi seminar və simpoziumların keçirilməsinin vacibliyini vurğulayıb.


Konstruktiv fikir mübadiləsi şəraitində keçən görüşdə tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsi, birgə elmi nəşrlər və ikitərəfli fəaliyyətin digər aspektləri haqqında ilkin razılıq əldə olunub.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb