Mərkəzi Gömrük Hospitalının rezidentlərinin 2022-ci il üçün fəaliyyət planı müzakirə olunub  
11.12.2021 10:03
Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımova Azərbaycan Tibb Universitetinin (ATU) Rezidentura şöbəsinin müdiri, prof. Məlahət Sulatova ilə görüşüb.
 
ATU-da keçirilən görüşdə Rəna Qasımova rezidentlərin yüksəkixtisaslı həkim kimi yetişməsi istiqamətində görülən işlər, elmi araşdırmaların aparılması üçün yaradılan imkanlar barədə geniş məlumat verib.
 
Daha sonra rezidentlərin davamiyyətinə ciddi nəzarət, növbəti ildə həftədə bir dəfə rezidentlər üçün müxtəlif mövzularda seminarların keçirilməsi və onların xaricdə müxtəlif proqramlar əsasında rotasiyada iştirakı ilə bağlı məsələlər müzakirə olunub.
 
Görüşdə Mərkəzi Gömrük Hospitalının rezidentlərinin 2022-ci il üçün fəaliyyət planı razılaşdırılıb. Belə ki, Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımova tərəfindən ATU-nun Rezidentura şöbəsindən rezidentlərə təqdim edilmiş fərdi planın ayda iki dəfə yoxlanılması, 2022-ci ilin mart-aprel aylarında rezidentlər üçün elmi konfransın keçirilməsi, rezidentlərin hər birinin görüdkləri işlər barədə referat yazması, onlar arasında KVN formatında yarışmanın keçirilməsi və 2022-ci ilin yanvar ayında rezidentlərin iştirakı ilə ümumi iclasın keçirilməsi məsələləri plana daxil edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır