IV Beynəlxalq Uroonkologiya Simpoziumu keçiriləcək
12.12.2021 01:46
Dekabrın 18-də Milli Onkologiya Mərkəzi və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə IV Beynəlxalq Uroonkologiya Simpoziumu keçiriləcək.
 
Aztibb.az-ın məlumatına görə, tədbirdə Azərbaycan, Amerika Birləşmiş Ştatları, Türkiyə, Almaniya və Fransadan olan mütəxəssislər uroonkoloji xəstəlikləri əhatə edən təqdimatlarla çıxış edəcəklər.
 
IV Beynəlxalq Uroonkologiya Simpoziumu hibrid formatda baş tutacaq və “Zoom” platforması üzərindən yayımlanacaq.
 
Tədbirə qeydiyyat onkologiya, urologiya və radiologiya ixtisasları üzrə aparılır.
 
İştirak etmək istəyənlər bu link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
 
Tədbirə 24 saat qalmış qeydiyyat zamanı istifadə etdiyiniz elektron ünvana (e-mail) qoşulmaq üçün link və tədbir barədə məlumat göndəriləcək.
 
Qeyd edək ki, simpozium Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 5 kredit vahidi verilib.
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib