Mərkəzi Gömrük Hospitalının tibb bacıları “Kritik vəziyyətlərdə ilk tibbi yardım” təlimində iştirak ediblər
09.12.2021 08:14
8 noyabr 2021-ci il tarixində Mərkəzi Gömrük Hospitalının tibb bacıları İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Tədris Simulyasiya Mərkəzində “Kritik vəziyyətlərdə ilk tibbi yardım” təlimində iştirak ediblər.
 
Aztibb.az xəbər verir ki, təlim Tədris Simulyasiya Mərkəzinin treneri Aynur Abbasəliyeva tərəfindən aparılıb. Xəstəxanayaqədərki dövrdə hadisə yerində zərərçəkənin həyatı ona göstərilən ilk yardımın keyfiyyətindən asılı olur.
 
Təlimdə qısa müddət ərzində yüksək səviyyəli ilk yardımın ardıcıl göstərilməsi, ilk tibbi yardımın nədən ibarət olması, hansı formatda aparılması, xəstələrin vəziyyətinin qiymətləndirilməsi, ürəyi və ya tənəffüsü dayanmış adama Cardio Ağciyər Resusitasyon (CPR)-nın tətbiqi barədə ətraflı məlumat verilib.
 
Tədbirin birinci hissəsində CPR-ın tətbiqinin göstərişləri, tezliyi, dərinliyi incəliklərinə qədər izah olunub, ikinci hissədə isə Mərkəzi Gömrük Hospitalının tibb bacıları izah edilən ilk tibbi yardım prosedrularını praktikada mulyajlar üzərində tətbiq ediblər. Tibb bacılarının bacarıqları kompüter proqramə vasitəsilə ballarla ölçülüb.
 
Mərkəzi Gömrük Hospitalının baş tibb bacısı Amaliya Əliyeva 89 bal, Vüsalə Cəbiyeva 88 bal, Fatimə Yusifzadə 77 bal, Fəxriyyə Səmədova 75 bal, Rühəngiz Axundova 89 bal, Günel Əhmədova 82 bal, Qalina Belyaninova 92 bal, Səadət Əfsərova 44 bal, Mahirə Ağayeva 89 bal və Gülbəniz Əliyeva 92 bal toplayıblar.
 
Qeyd edək ki, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Bakı Sağlamlıq Mərkəzində Tədris Simulyasiya Mərkəzi tədris-təlim prosesində istifadə olunan yüksək texnologiyalı müasir robotlar və digər simulyasiya avadanlığı ilə təchiz olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır