Məcburi vaksinasiya ən son tədbir olmalıdır - ÜST
08.12.2021 09:23

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional ofisi hökumətləri regionda artan COVID-19-a yoluxma və ölüm hallarına qarşı təcili tədbirlər görməyə çağırıb.

 

Aztibb.az xarici KİV-ə istinadən xəbər verir ki, ofisin yaydığı məlumatda bildirilir ki, Avropa Birliyi ölkələrində insanların 66,4%-i virusa qarşı tam peyvənd olunsa da, bir çox dövlətlər daha çox insanı COVID-19-a qarşı vaksinasiyaya təşviq etmək məqsədilə peyvənd olunmamış insanlara qarşı yeni tədbirlər tətbiq edib.

 

Məsələn, İtaliyada kinoteatrlara və qapalı məkanlarda yerləşən iaşə obyektlərinə daxil olmaq üçün peyvənd və ya xəstəliyə qarşı immunitetin olduğuna dair pasportlar tələb olunur, Almaniyada isə peyvənd olunmamış vətəndaşlara ictimai həyatın bir çox sahələrində qadağalar qoyulur.

 

Avstriya isə ümumiyyətlə fevralın 1-dən peyvəndləri məcbur edəcək.

 

Lakin ÜST-ün Avropa üzrə regional direktoru Hans Kluge bildirib ki, məcburi vaksinasiyə ən son tədbir olmalıdır və ölkələr əvvəlcə ictimaiyyətlə ünsiyyət qurmalıdır.

 

"Məcburi peyvəndləmə ən son tədbirdir və yalnız vaksinasiyanın əhatəsinin genişləndirmək üçü bütün digər mümkün variantlar tükəndikdə tətbiq edilməlidir", - deyə Kluge bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır