Nilufər Məmmədova: "32 mutasiyalı “Omikron” daha təhlükəli ola bilər"
07.12.2021 15:28
Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assistenti, həkim-infeksionist Nilufər Məmmədova “Omikron”un ölkəmizdə yayılma ehtimalı və əgər bu baş verərsə, qarşısının alınması istiqamətində görüləcək tədbirlərə dair fikirlərini bildirib.
N.Məmmədova qeyd edib ki, son vaxtlar COVID-19-un meydana çıxan yeni ştamları dünyanı bir daha təhdid etməkdədir. Belə ki, “Omikron” ştammı sürətlə yayılmaqdadır. Elə bu səbəbdən də artıq bir neçə ölkə karantin rejimlərini yenidən sərtləşdirib. Rəsmi qurumlar adıçəkilən ştamın hələlik ölkəmizdə aşkarlanmadığını bildirsələr də, bizdə də bu sahədə narahatlıqlar var.
Onun sözlərinə görə, “Omikron" bu günə kimi meydana çıxan variantlar arasında ən çox mutasiyaya uğrayanıdır. Xüsusən də spayk proteinində 32 mutasiyanın olması müəyyən edilib ki, bu da həmin variantı kifayət qədər təhlükəli vəziyyətə gətirib.
"Bu variantdan qorxma səbəblərimizdən biri də bu mutasiyaların nələrə səbəb ola biləcəyini öncədən müəyyənləşdirə bilməməyimizdir", - deyə bildirən həkim hazırda bunlar üzərində ciddi işlərin getdiyini, vaksinlərin mutasiyaya qarşı effektivliyinin yoxlanıldığını söyləyib. O, lazım gələrsə vaksinlərin tərkibinin yenidən bu ştama qarşı effektiv hala gətiriləcəyinin planlaşdırıldığını da bildirib.
Mütəxəssis əlavə edib ki, yeni virus variantı payız-qış aylarına təsadüf etdiyi üçün digər yuxarı tənəffüs yolu xəstəliklərinin də artması qaçılmazdır: “Ona görə də yuxarı tənəffüs yollarına məxsus simptomları olan bir çox insanlar bunu koronavirusla deyil, başqa viral xəstəliklərlə, soyuqdəymələrlə əlaqələndirir və test verməkdən yayınırlar. "Omikron”la mübarizədə ən optimal yol əvvəlki kimi qorunma qaydalarına ciddi riayət etmək, insanların çox olduğu yerlərdən və zərərli vasitələrdən uzaq durmaqdır. Misal üçün, maskalardan düzgün qaydada istifadə, sosial məsafənin gözlənilməsi, qapalı məkanların havasının tez-tez dəyişdirilməsi, insanların sıx toplaşdığı məkanlardan bacardıqca kənar olmaq və gigiyena qaydalarına yetərincə əməl etmək mütləqdir. Hətta Ümumdünya Səhiyyə Təşkilatı insanlara məsləhət görür ki, ehtiyac olmadıqca evdən çıxılmasın. Virusun gedişatının necə olacağı hələ bilinməyərkən yaxın həftələr ərzində xüsusilə diqqətli olmalıyıq”.
İnfeksionist vətəndaşları peyvənd olunmağa çağırıb. Bildirib ki, əgər üçüncü doza vaksinin zamanı çatıbsa, immun sisteminin bu xəstəliyin ağır gedişinə qarşı qoruyuculuğunu artırmaq üçün mütləq “buster doza” qəbul edilməlidir.
Bu bölməyə aid digər xəbərlər
Süni intellektin tibbi tədqiqatlara inteqrasiyası müzakirə olunub
25.10.2026 | 10:07
Müasir biologiya və təbabətin prioritet istiqamətlərindən olan kök hüceyrə tədqiqatlarına həsr olunmuş seminar
24.10.2026 | 10:06
Mərkəzi Neftçilər Xəstəxanasının tibb heyətinin peşəkar fəaliyyəti İctimai Televiziyada işıqlandırılıb
23.10.2026 | 12:02
Şamonda virusundan ilk insan ölümü Fransada qeydə alınıb
23.10.2026 | 10:17
AQTA sədri İmişlidə və Sabirabadda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub
23.10.2026 | 10:05
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

