ÜST: COVID-19-a yoluxmuş insanların plazma ilə müalicəsi səmərəsizdir
07.12.2021 13:24

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsis edilmiş beynəlxalq ekspertlər qrupunun qənaətinə görə, COVID-19 xəstəliyinə tutulmuş pasiyentlərin bədəninə əvvəllər koronavirus infeksiyasına yoluxmuş donorlardan götürülmüş anticisimli plazma köçürülməsi heç də səmərəli müalicə üsulu deyil və bundan ötrü resursları sərf etməyə dəyməz.

 

Aztibb.az ÜST-ə istinadla xəbər verir ki, COVID-19 xəstəliyini keçirmiş insanların qanından ayrılan plazmaya çox ümid bəslənsə də, o, ağır xəstələrin süni ventilyasiya aparatına qoşulması zərurətini aradan qaldırmır və onların salamat qalmaq şansını artırmır.

 

Plazma ilə müalicə çox bahalı metod olmaqla bərabər xeyli vaxt tələb edir. Bu səbəbdən, ÜST xəstəliyin yüngül keçdiyi hallarda bu metoddan istifadə etməməyi “təkidlə tövsiyə edir” və əgər söhbət elmi tədqiqatlardan getmirsə, xəstəliyin ağır formalarında bu metoddan istifadə olunmasını “məsləhət görmür”. Tövsiyələr COVID-19-un yüngül, ağır və çox ağır formalarından əziyyət çəkən 16.236 pasiyentin iştirakı ilə 16 klinik sınağın nəticələrinə əsaslanır.

 

Yeni tövsiyələr koronavirus infeksiyasının müalicəsinin daim yeniləşən protokolları çərçivəsində elan edilib. Bu protokollar həkimlərin elmi cəhətdən əsaslandırılmış qərarlar qəbul etməsinə kömək edir. Ekspertlər ÜST-nin himayəsi altında daxil olan informasiyanı təhlil edir, təqdim olunmuş bütün məlumatları araşdırır, bu və ya digər müalicə metodunun riskli və faydalı cəhətlərini, habelə həmin metodun dəyərini və digər xüsusiyyətlərini nəzərə alırlar. Plazma ilə bağlı halda potensial donorların aşkar edilməsi və testlənməsi zərurəti, həmçinin qanın toplanması və saxlanması ilə bağlı məsrəflər nəzərə alınır.

 

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Sabunçu Tibb Mərkəzində təlim:
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU alimlərinin beynəlxalq tədqiqatları dayanıqlı inkişafın qlobal məqsədlərinə töhfə verir
Vərəmlə mübarizədə ilkin səhiyyənin rolu - Şəmkirdə tibb işçiləri üçün maarifləndirici təlim
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib