COVID-19-u ağır keçirən AMEA əməkdaşı xəstəxanadan evə buraxılıb
07.12.2021 15:47

COVID-19-a yoluxan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Müasir fəlsəfi problemlər şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d., dosent Zeynəddin Şabanov 14 noyabr 2021-ci il tarixində  axşam saatlarında ağır vəziyyətdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanasına yerləşdirilib. O, Tibb Mərkəzinin reanimasiyasına qəbul edilib və təcili olaraq CPAR-a qoşulub. Bir neçə saat sonra xəstənin vəziyyətinin olduqca ağır olduğu nəzərə alınaraq Z.Şabanov süni tənəffüs aparatına qoşulub. Xəstəyə tətbiq olunan düzgün müalicə nəticəsində bir neçə gün sonra o, ekstübə olunaraq stasionara yerləşdirilib.

 

Bu müddətdə 15-ci korpusun İmran Miriyevin rəhbərlik etdiyi reanimasiya komandasının həkimləri – Şəbnəm Cavadlı, Orxan Əzməmmədov, Famil İsmayılov, Aysel Muradova, Məhsəti Yusifova, Mədinə Dəmirova, Aytac Həsənli, orta tibb personalı əməkdaşı Alper Günel virusla mübarizədə sözün həqiqi mənasında qəhrəmanlıq nümayiş etdiriblər. Sonrakı mərhələdə bu işi stasionarda davam etdirən Polina Əliyeva və Rasim Əmrahlının səyləri nəticəsində Z.Şabanovu həyata qaytarmaq mümkün olub.

 

Bu barədə Aztibb.az-a Z.Şabanovun dostu İlham Soltanov məlumat verib.

 

O, bildirib ki, COVID-19-la mübarizədə həkimlərimiz öz həyatlarını risk altına ataraq xəstələri həyata qaytarmaq üçün müstəsna rol oynayırlar: “Vətəndaşlar da öz üzərlərinə düşən vəzifəni yerinə yetirməli, tez-tez müayinə olunmalı, analizlər verməli, yaranmış xəstəliyin ilkin mərhələsində həkimlərin nəzarəti və düzgün diaqnozu altında müalicə olunmalıdırlar.

 

Z.Şabanovu ikinci dəfə həyata qaytaran İmran Miriyevə və onun komandasının həkimlərinə ailəsi, dostları, iş yoldaşları, bir sözlə, onun əzizləri adından minnətdarlığımızı bildiririk”.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib