“XXI əsrdə səhiyyədə informasiya texnologiyaları” mövzusunda beynəlxalq konfrans keçiriləcək
07.12.2021 10:30
9-10 dekabr 2021-ci il il tarixlərində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı, Rusiyanın Səhiyyənin Təşkili və Tibbi İdarəetmə Elmi-Tədqiqat İnstitutunun iştirakı ilə  “XXI əsrdə səhiyyədə informasiya texnologiyaları” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
 
Aztibb.az-a İSİM-dən verilən məlumata görə, “Zoom” və E-courses virtual təlim platformaları vasitəsilə baş tutacaq tədbirdə rəqəmsal səhiyyə texnologiyaları sahəsində yerli və regional təşkilatların nümayəndələri, sahibkarlar və tibb müəssisələrinin rəhbərləri iştirak edəcəklər.
 
Konfransda Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və “Microsoft”şirkətinin təmsilçiləri, Rusiya və Qazaxıstandan olan ekspertlər, ABŞ şirkəti “Open Health Network”un direktoru geniş təqdimatla çıxış edəcəklər.
 
Tədbirdə müasir səhiyyə sistemində tətbiq olunan informasiya texnologiyaları, səhiyyənin süni intellektlə transformasiyası, teletəbabətin COVID-19 pandemiyası zamanı artan rolu, xroniki xəstəliklərə qulluğun gələcəyi və digər aktual mövzulardan bəhs olunacaq, səmərəli fikir mübadiləsi aparılacaq.
 
Konfransda iştirak ödənişsizdir.
 
 
Əlaqə: (050) 243 86 71
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib