İsrail Səhiyyə Nazirliyi koronavirusun sürətlə yayılması ilə bağlı həyəcan təbili çalır
15.07.2020 17:05

İsrail COVID-19 infeksiyasının sürətlə yayılması nəticəsində ikinci total izolyasiya rejiminə doğru gedir.

 

Aztibb.az interfax.ru saytına istinadla bildirir ki, bu barədə Səhiyyə naziri Yoel Edelşteyn xəbərdarlıq edib. Onun sözlərinə görə, infeksiyaya yoluxma hallarının gündəlik artımı təxminən iki min səviyyəsində qalarsa və ağır xəstələrin sayı artarsa, mütləq sərt qərarlar qəbul ediləcək.

 

İsrail Səhiyyə Nazirliyi ötən sutka ərzində ölkədə 2 min 112 nəfərin koronavirusa yoluxduğu barədə məlumat yayıb. Bir gün öncə isə bu rəqəm 1600 idi.

 

“İki min yoluxma qırmızı cizgidir. Biz hazırkı məhdudiyyətlərin müsbət nəticə verib-verməyəcəyini yoxlamaq üçün daha 3-4 gün gözləyəcəyik”, - deyə nazir əlavə edib.

 

İsrail KİV-ləri izolyasiya rejiminin artıq həftə sonu tətbiq olunacağını istisna etmir. Ekspertlər bildirirlər ki, ölkədə koronavirusun yayılma sürəti getdikcə artır və yoluxma zəncirini qırmaq mümkün olmur.

 

COVID-19 infeksiyasının ikinci dalğası koalisiya hökumətində də fikir ayrılığı yaradıb. Nazirlər Kabineti sonuncu iclasında yeni məhdudiyyətlər barədə razılığa gələ bilməyib. 

 

Qeyd edək  ki, İsraildə indiyədək yeni növ koronavirusa yoluxanların sayı 42 min 813 nəfərə çatıb, 375 nəfər isə həyatını itirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır