Bəzi dərman bitkiləri toplanılarkən müəyyən hədlərin gözlənilməsinə ciddi nəzarət edilmir - Botanika İnstitutunun baş direktoru 
06.12.2021 16:02

Azərbaycan florasında 1500-ə qədər dərman bitkisi yayılıb və bu bitkilərdən bir çoxu kütləvi toplanılmaqla ölkədən çıxarılır.

 

Aztibb.az xəbər verir ki, bu sözləri AMEA-nın rəsmi portalına müsahibəsində Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva bildirib. 

 

"Bu zaman bəzi bitkilərin azalma təhlükəsinə və toplanılarkən müəyyən hədlərin gözlənilməsinə ciddi nəzarət edilmir. Ayrı-ayrı iş adamları tərəfindən müəyyən yollarla bitkilər toplanılır, ölkədən çıxarılır, sex və ya zavodlarda qida əlavəsi və ya bioloji əlavə kimi istehsal edilərək satılır. Bu, bir tərəfdən insanların maddi rifahına yüksək təsir göstərsə də, digər tərəfdən floraya ciddi zərbə vurur", - deyə S.İbadullayeva vurğulayıb.

 

O, qeyd edib ki, bu addım, həmçinin bitkilərin təbii areallarında məhv olmaqla sıradan çıxmasının qarşısının alınmasına şərait yarada bilər. Ona görə də toplanılan dərman bitkilərinin sistemli şəkildə həyata keçirilməsi vacib məsələlərdəndir:

 

"Hesab edirik ki, AMEA bu işlərə lisеnziyа verən qurum olmalı və qeyd olunan istiqamətdə əməkdаşlıq əlaqələrini genişləndirməlidir. Sözsüz ki, bu işdə ATU-nun əlaqədar kafedraları da kənarda qalmamalıdır. Çünki əks təqdirdə tədarükçülər lisenziyanı süni yollarla və ya başqa ölkələrdən əldə edirlər. Bu işləri görməyə maraq göstərməkdə əsas məqsədimiz AMEA-nın maddi-texniki bazasının möhkəmləndirilməsidir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır