Mərkəzi Gömrük Hospitalının tibb personalı Ümumdünya Səhiyyə Təşkilatının təlimlərində iştirak edib - FOTO
03.12.2021 13:29
Mərkəzi Gömrük Hospitalının tibb personalı 29 noyabr - 4 noyabr tarixlərində Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən həyata keçirilən təlim proqramında iştirak ediblər. ÜST-ün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə əməkdaşlığı ilə həyata keçirilən təlimlər “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü ” və "COVID-19 vaksinasiyasına dəstək" layihələri çərçivəsində təşkil edilib.
 
Aztibb.az xəbər verir ki, layihə çərçivəsində Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımova, həkimləri Naidə Novruzova və Nigar Mirzəyeva, eləcə də rezidentləri Elşən Süleymanzadə və Günel Cəfərova "COVID-19 xəstələrinin stasionarda idarə olunması" təlimlərində, hospitalın tibb bacıları Təhminə Sultanova, Tamilla Rəcəbova və Nərmin Fərəcova "COVID-19 vaksinasiyası" təlimlərində, eləcə də hospitalın həkimi Gülər Nifətliyeva və rezidentləri Fərhad Həsənli, Diləfruz Bayramova, Mirvari Nəsirova və Aysel Novruzova isə "Basic Life Support - Təməl Həyat Dəstəyi” təlimlərində iştirak ediblər.
 
Davamlı şəkildə həyata keçiriləcək təlimlərə mərhələli olaraq personalın digər nümayəndələrinin də iştirakının təmin edilməsi planlaşdırılır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır