Abşeronda koronavirusa qarşı reyd - Ciddi xəbərdarlıq  
03.09.2020 12:56

Ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin yumuşaldılmasından sonra Abşeron rayonunda COVID -19 infeksiyasınını yayılmasının qarşısının alınması məqsədilə mütəmadi olaraq monitorinqlər keçirilir. Növbəti belə monitorinq Xırdalan şəhəri, Ceyranbatan, Güzdək və Aşağı Güzdək qəsəbələrində baş tutub.

 

Aztibb.az xəbər verir ki, Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış Operativ Qərargahın üzvləri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları və könüllülərdən ibarət mobil qrupların birgə iştirakı ilə keçirilən reydlərdə sahibkarlara və məsul şəxslərə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl olunması, ara məsafənin qorunması, tibbi-gigiyenik vasitələrdən istifadə edilməsi barədə ciddi xəbərdarlıqlar edilir.

 

Mobil qrupun üzvləri şəhər və qəsəbələrin ərazilərini gəzərək fəaliyyətinə icazə verilmiş ticarət obyektlərinə, ərzaq mağazalarına, marketlərə baş çəkiblər. Burada çalışan işçilərlə pandemiya şəraitində tətbiq olunan qaydalara riayət olunması ilə bağlı maarifləndirici söhbətlər aparıblar. Eyni zamanda açıq havada fəaliyyət göstərən bir neçə ictimai-iaşə obyektlərində ara məsafənin qorunması və gigiyenik qaydalara əməl olunması barədə obyekt sahiblərinə xəbərdarlıq ediblər.

 

Əlavə olaraq mobil qrup üzvləri mərkəzi park və xiyabanlarda, bank və ATM-lərin qarşısında, dayanacaqlar və ictimai nəqliyyat vasitələrindən istifadə edən sakinlərlə də söhbətlər apararaq onlara karantin rejiminin tələblərinə əməl etməyi, sanitar-gigiyenik normalararın qorunmasının vacibliyini xatırladıblar.

 

Qeyd edək ki, Abşeron rayonunda bu cür kompleks tədbirlər mütəmadi olaraq davam etdirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır