Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Müşahidə Şurasının yeni tərkibdə iclası keçirilib
03.12.2021 09:07
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Müşahidə Şurasının yeni tərkibdə iclası keçirilib.
 
AZtibb.az xəbər veriri ki, tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Mərkəzin İcraçı direktoru Valeh Hüseynov, Müşahidə Şurasının sədri Soltan Məmmədov və şuranın üzvləri iştirak ediblər.
 
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, Mərkəzin fəaliyyəti barədə qərarların qəbul olunmasında Müşahidə Şurasının rolu böyükdür: “Müşahidə Şurası qərar qəbul etməkdə müstəqildir. Şura Mərkəzin fəaliyyətinə nəzarəti həyata keçirdiyi üçün o, görülən işlərin düzgün istiqamətləndirməsində, qərarların verilməsi ilə bağlı təkliflərin irəli sürülməsində fəal iştirak etməlidir. Kadr siyasətinin düzgün formalaşdırılması, daxili məsələlər və mərkəzin fəaliyyətinin yoxlanılması barədə qərarın verilməsi bilavasitə Şuranın fəaliyyəti ilə bağlıdır”.
 
Müşahidə Şurasının vəzifələrindən danışan Soltan Məmmədovun sözlərinə görə, üzvlərinin sayının artırılması Mərkəzin fəaliyyətinə öz töhfəsini verəcəkdir.
 
Qeyd edək ki, Agentliyin İdarə Heyətinin 30 noyabr 2021-ci il tarixli 31 nömrəli Qərarı ilə Mərkəzin Müşahidə Şurasının tərkibi təsdiq edilib. Müşahidə Şurasının tərkibi sədr də daxil olmaqla 5 üzvdən ibarətdir: Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli, Büdcə planlaşdırılması və icraya nəzarət şöbəsinin müdiri Yadigar Mahmudzadə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Xəstəliklərin kontrolu və profilaktikası departamentinin rəhbəri Yaqut Qarayeva və Bakı Sağlamlıq Mərkəzinin Qan mərkəzinin şöbə müdiri, Elm Təhsil Komitəsinin sədri Səhər İsmayılova.
 
Müşahidə Şurası Mərkəzə ümumi rəhbərliyi və nəzarət funksiyasını həyata keçirir. Şuranın vəzifələri, həmçinin Mərkəzin fəaliyyətinə dair illik hesabatı dinləmək, illik büdcəsinə və onun icrasına nəzarət etmək, daxili audit xidməti yaratmaq, fəaliyyəti ilə bağlı xüsusi halların araşdırılması üçün müvəqqəti komissiyalar yaratmaq, Mərkəzin maddi-texniki bazasının gücləndirilməsi və təkmilləşdirilməsi barədə qərar vermək və digər məsələlərdən ibarətdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır