“Narkotiksiz gələcək” mövzusunda seminar keçirilib
02.12.2021 17:44

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin (RUGİM) təşkilatçılığı və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) birgə əməkdaşlığı ilə “Narkotiksiz gələcək” mövzusunda seminar keçirilib.


Aztibb.az xəbər verir ki, RUGİM-in mütəxəssisləri, dərnək rəhbərləri və dərnək üzvlərinin iştirakı ilə keçirilən seminarı giriş sözü ilə Mərkəzin direktoru Firuzə Sultanzadə açaraq, gənc nəslin zərərli vərdişlərdən qorunmasında maarifləndirici tədbirlərin rolunu vurğulayıb.

 

Mərkəzin direktor müavini Lalə Dadaşova çıxış edərək narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək və narkomanlığın fəsadları haqqında məktəblilərdə düzgün təsəvvürün formalaşması məqsədlə təlim-tərbiyə işlərinin təşkilinə aid hazırlanmış metodiki tövsiyələri nəzərə çatdırıb.

 

İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova təqdimatla çıxış edərək bildirib ki, narkotiklərin, psixotrop maddələrin və onların prekursorlarının insan sağlamlığına mənfi təsiri barədə uşaq və gənclərin məlumatlandırılması vacib məsələdir. O, problemin sosial-psixoloji aspektləri, zərərli vərdişlərin acı nəticələri barədə ətraflı məlumat verdi, uşaq və yeniyetmələr arasında zərərli vərdişlərin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsində həkimlərin, valideynlərin, psixoloqların, müəllimlərin, hüquq-mühafizə işçilərinin birgə fəaliyyətininn əhəmiyyətini vurğulayıb.


Seminar iştirakçıları tərəfindən səmərəli fikir mübadiləsi aparılıb, innovativ təlim metodlarından istifadə etməklə orta məktəb şagirdləri arasında narkotiklərə meyilliliyin qarşısının alınmasında təlim-tərbiyə işinin əsas istiqamətlərini və maarifləndirmə tədbirlərinin əhatəsinin genişləndirilməsi imkanları geniş müzakirə edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır