DGK əməkdaşları fövqəladə hallarda xəstəxanaların hazırlıq səviyyəsinin artırılması ilə bağlı təlimdə iştirak ediblər
02.12.2021 15:20
Xəstəxanalar, xüsusilə böhran vəziyyətində cəmiyyətə zəruri tibbi yardım göstərilməsində səhiyyə sistemində çox vacib rol oynayır. 2 dekabr 2021-ci il tarixində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yeni Klinikada «Fövqəladə hallarda tibb müəssisələrinin hazırlıq səviyyəsinin artırılması» mövzusunda təlim və təcrübə mübadiləsi keçirib. Tədbirdə Dövlət Gömrük Komitəsi (DGK) Tibbi Xidmət İdarəsinin (TXİ) rəis müavini İsmayıl Əfəndiyev və Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımova iştirak edib.
 
Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a verilən məlumata görə, tibb müəssisələrinin hazırlıq səviyyəsinin artırılması ilə bağlı Türkiyə Respublikası Səhiyyə Nazirliyi, Fövqəladə Hallar üzrə Tibbi Departamentin direktoru Dr. Həsən Odabaşıoğlu geniş məruzə ilə çıxış edib. Təlim COVID-19 kontekstində xəstəxanalarda hazırlıq səviyyəsinin artırılması və bunun üçün ÜST-ün tədbirlər siyahısının istifadəsi mövzularını əhatə edib. Təlimin hədəf auditoriyası ölkənin aparıcı tibb müəssisələrinin, xüsusən COVID-19 xəstəxanalarının rəhbər vəzifəli şəxsləri olub.
  
Tədbirdə pandemiya dövründə tibb müəssisələrinin hazırlıq səviyyəsinin artırılması ilə bağlı gördüyü işlər, xəstəxanalarda fövqəladə hallara hazırlığın planlanması və bununla əlaqəli tədbirlər siyahısının hazırlanması, infeksiyaların profilaktikası və nəzarət və s. məsələlər müzakirə olunub. Təlimin sonunda tədbir iştirakçılar arasında təcrübə mübadiləsi aparılıb. 
 
DGK TXİ rəis müavini İsmayıl Əfəndiyev öz çıxışında bu kimi tədbirlərin keçirilməsinin vacibliyinə toxunub və yaxın gələcəkdə ÜST-ün "Fövqəladə hallarda səhiyyə sisteminin idarəolunması" adlı təliminin bərpasını təklif edib. Həmin təklif ÜST-ün beynəlxalq ekspertlərinin və tədbir iştirakçılarının müsbət rəyini alıb.
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
SMA dərmanları ilə bağlı araşdırma aparılır - Nazir açıqladı
Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir?