ABŞ-da "omikron" ştamına ilk yoluxma halı aşkarlanıb
02.12.2021 09:51

ABŞ-da koronavirusun yeni "omikron" ştamına ilk yoluxma halı qeydə alınıb.

 

Aztibb.az-ın məlumatına görə, bu barədə ölkənin Federal Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən bildiriblər.

 

Məlumata əsasən, ilk yoluxma halı ölkənin Kaliforniya ştatında aşkarlanıb. Yoluxan şəxs noyabrın 22-də Cənubi Afrika Respublikasından qayıdıb.

 

Bildirilir ki, "omikron" ştamının aşkarlandığı şəxs koronavirusa qarşı tam peyvənd olunub və hazırda karantinə yerləşdirilib.

 

Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştamına "omikron" adı verilib. Bildirilib ki, sözügedən ştamda çox sayda mutasiyalar mövcuddur və digər ştamlardan daha yoluxucu olması ilə bağlı şübhələr var.

 

Ehtiyat tədbiri olaraq, bir sıra ölkələr Cənubi Afrika Respublikası və Afrikanın cənubundakı digər dövlətlər üçün sərhədlərini bağlayıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib