Bakıdakı böyük xəstəxanaların tibb işçiləri həkim çatışmazlığı olan yerlərə təhkim ediləcək
01.12.2021 18:42

“Ölkədə həkimlərin 60 faizdən çoxu Bakıda cəmlənib. Ötən il pandemiyanın ağır dövründə cənub zonası sığortaya keçdi. Daha sonra təhkimetmə metodundan istifadə edərək həmin xəstəxanada olan həkimləri sığortaya keçən digər xəstəxanalara göndərdik”.

 

Aztibb.az-ın xəbərinə görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov bildirib.

 

O, qeyd edib ki, Bakıda həkim potensialı böyük olan xəstəxanalardan həkimlərin bölgələrdə həkim çatışmazlığı olan xəstəxanalara təhkim edilməsi planı var. Bununla bağlı əmək haqqı qaydalarında da yeni yanaşma, həmin həkimlərə fiks ödənişlər nəzərdə tutulub: “Təhkimolunan həkimin qalma, kommunal problemləri Agentlik tərəfindən ödəniləcək. Bundan əlavə, Bakıda xaricdə təhsil alan peşəkar həkimlərin də sistemə cəlbi üçün yeni işlər aparılır. Yeni qaydalar təsdiq olunmaq mərhələsindədir. Türkiyədə təhsil alan 10-dan çox uzman dövlət tibb müəssisələrində işə başlayıb. Bölgələrdə hansı ixtisas çatışmırsa onun araşdırması aparılır, bununla bağlı müvafiq köməklik göstəriləcək”.

 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır