Mərkəzi Gömrük Hospitalının İT mütəxəssisi administrator sertifikatına layiq görülüb
01.12.2021 16:47
Mərkəzi Gömrük Hospitalının İT mütəxəssisi "Microsoft Azure Administrator" sertifikatına layiq görülüb.
 
Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının İT şöbəsinin İnformasiya və Şəbəkə təchizatı üzrə mütəxəssisi Anar Abdullayev 30 noyabr 2021-ci il tarixində "Microsoft" şirkətinin Server Sistemləri və Bulud texnologiyaları sahəsində təşkil etdiyi Azure AZ-104 imtahanını uğurla keçərək “Microsoft Azure Administrator” sertifikatını və statusunu əldə edib.
 
Mütəxəssis Anar Abdullayev imtahanda Bulud texnologiyaları konsepsiyası, Bulud texnologiyaları və infrastrukturların iş prinsipləri, Buludda iş davamlılığı və ehtiyat nüsxələrin bərpasının əsasları, Mövcud sənaye bulud tətbiqləri və həlləri barədə nəzərə və praktiki biliklər, Sistem inzibatçılığının əsasları, Virtualizasiyanın tətbiqi, virtual maşınlar və texnologiyalar Şəbəkə İdarəetmə xidmətləri üzrə praktiki və nəzəri biliklərlə bağlı tapşırıqları uğurla yerinə yetirərək 1000 baldan 927 toplayıb.
 
Mütəxəssis A.Abdullayev Azure AZ-104 imtahanınında iştirak etməsi üçün yaradılan şəraitə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova, Mərkəzi Gömrük Hospitalının İT şöbəsinin rəisi Bəhruz Muradova dərin təşəkkürünü bildirib.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır