Pediatriyanın aktual problemlərinə həsr olunmuş beynəlxalq elmi konqres keçiriləcək
04.12.2021 11:00
"Pediatriyada aktual mövzular: müasir tibbi yeniliklərin təcrübədə tətbiqi" mövzusunda beynəlxalq elmi konqres keçiriləcək.
 
Aztibb.az-ın xəbərinə görə, 9-11 dekabr 2021-ci il tarixlərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı və Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupunun birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş "Pediatriyada aktual mövzular: müasir tibbi yeniliklərin təcrübədə tətbiqi" mövzusunda beynəlxalq elmi konqres həyata keçiriləcək.
 
3 gün ərzində həyata keçiriləcək konqresdə Azərbaycan və Türkiyənin qabaqcıl özəl, dövlət və universitet xəstəxanalarının professor heyəti tərəfindən 9 paneldə ümumilikdə 27 məruzənin dinlənilməsi nəzərdə tutulub. Pediatriyanın aktual mövzularını əhatə edəcək və müasir tibbi yeniliklərin təcrübədə tətbiqinə zəmin yaradacaq konqresdə yerli və beynəlxalq ekspertlər arasında məlumat mübadiləsinin təmin edilməsi məqsədilə sual-cavab sesiyaları və panel müzakirələri də həyata keçiriləcək. Beləliklə konqres ümumilikdə həm dinləyicilər həm də məruzəçilər arasında interaktiv müzakirə platformasına çevriləcək.
 
Konqres distant şəkildə "ZOOM" proqramı vasitəsilə həyata keçiriləcəyindən hər kəs konqresə onlayn şəkildə qoşula biləcək.
 
Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya sertifikat və 24 DTT balı veriləcək.
 
Qeydiyyatdan keçmək üçün link:
 
 
Proqramla tanış olmaq üçün link:
 
ÇOX OXUNANLAR
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
Alimlər Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar  
8 yaşlı pasiyent üzərində mürəkkəb rekonstruktiv əməliyyat icra olunub