Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar “Həyata gülümsə” adlı tədbir keçirilib
30.11.2021 12:06
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Sumqayıt Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə 3 dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar “Həyata gülümsə” adlı tədbir təşkil olunub.
 
Tədbirdə çıxış edən Agentliyin sədr müavini Ramin Rzayev ölkəmizdə əlilliyi olan şəxslərin sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində görülən işləri diqqətə çatdırıb.
 
Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkədə reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması istiqamətində mühüm addımlar atılıb.
 
2019-2021-ci illərdə Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi, Naftalan, Yevlax, Lənkəran, Şəki, Xaçmaz, Şirvan, Sumqayıt Reabilitasiya Mərkəzləri, Şağan və Mərdəkan Reabilitasiya Pansionatları əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Həmçinin sağlamlıq imkanları məhdud uşaqlar üçün Qəbələdə tikilən Uşaq Reabilitasiya Mərkəzinin tikintisi artıq yekunlaşıb və yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır. Növbəti il isə Şəmkirdə tikilən Uşaq Reabilitasiya Mərkəzinin açılışı olacaq.
 
Son illər müasir tələblərə uyğun qurulmuş reabilitasiya sistemi Vətən müharibəsində yaralanmış hərbçilərimizin yüksək səviyyədə reabilitasiya xidmətləri ilə təminatı baxımından mühüm bazadır. Postmüharibə dövründə Agentliyin reabilitasiya müəssisələrində 1600 qaziyə reabilitasiya xidmətləri göstərilib.
 
Tədbirdə, həmçinin qazilərin reabilitasiya vasitələri, yüksək texnologiyalı, elektron protezlərlə təminatı işlərindən və s. də bəhs olunub.
 
 
Mərasim əlilliyi olan şəxslərin ifalarından ibarət konsert proqramı ilə davam edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib