COVID sertifikatlarının və xarici sertifikatların qarşılıqlı tanınması proseduru müəyyənləşib
29.11.2021 20:15

COVID sertifikatlarının və xarici sertifikatların qarşılıqlı tanınması proseduru müəyyənləşib.

Aztibb.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanlnması qaydası”nda əksini tapıb.


Beləliklə, COVID sertifikatlarının Azərbaycan Respublikasının hüdudla rından kənarda tanınması və xarici sertifikatların Azərbaycan Respublikasında tanınması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi beynəlxalq təcrübədə mövcud olan razılaşmaların şərtləri nəzərə alınmaqla və texniki cəhətdən mümkün olduğu təqdirdə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə xarici dövlətlərin səlahiyyətli orqanları ilə COVID sertifikatlarında və xarici sertifikatlarda olan məlumatların həqiqiliyinin təsdiqlənməsi funksiyaları olan proqram təminatı ilə mübadiləsini həyata keçirir, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyini, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətini, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətini proqram təminatı ilə təmin edir və aidiyyəti informasiya sistemləri ilə inteqrasiya əsasında zəruri məlumatları ötürür. COVID sertifikatlarının Azərbaycan Respublikasının hüdudla- rından kənarda tanınmasını tənzimləyən beynəlxalq razılaşmalar COVID sertifikatlarına dair texniki və təhlükəsizlik tələblərindən fərqli şərtlər də nəzərdə tuta bilər. Bu zaman xarici ölkələrin səlahiyyətli orqanları ilə proqram təminatına dair məlumatların mübadiləsi zamanı COVID sertifikatlarına dair texniki və təhlükəsizlik tələblərinin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır