AQTA sədri pomidor istehsalçıları ilə görüşüb  
29.11.2021 11:41
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli pomidor istehsalçıları ilə görüşüb.
 
Aztibb.az xəbər verir ki, videokonfrans formatında keçirilən görüşdə Q.Təhməzli AQTA ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) arasında aparılan danışıqlar və əldə olunan nəticələr barədə sahibkarları məlumatlandırıb.
 
100-dən artıq sahibkarlıq subyektinin iştirak etdiyi tədbirdə əldə olunan razılaşmalarla bağlı iştirakçıları məlumatlandıran Agentlik sədri pomidor istehsalı ilə məşğul olan sahibkarların üzərinə düşən məsuliyyət və qoyulan tələbləri diqqətə çatdırıb.
 
Bildirilib ki, əldə olunmuş razılığa əsasən, Rusiyanın müvafiq qurumunun əməkdaşları tərəfindən təsərrüfatlarda aparılan videomonitorinqlər dayandırılır və cari ilin 1 dekabr tarixindən etibarən pomidor istehsalı müəssisələrinə həmin qurum tərəfindən ixrac icazələri birbaşa AQTA-nın zəmanət məktubu əsasında veriləcək.
 
Tədbirdə pomidor bitkisinə qoyulan ixrac tələbləri ilə bağlı fikir mübadiləsi aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb, həmçinin təsərrüfatlarda bir sıra zəruri tədbirlərin həyata keçirilməsinə dair tapşırıqlar verilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb