“Omikron” ştamına qarşı peyvəndlərin effektivliyi qiymətləndirilib
29.11.2021 10:25

“Mövcud peyvəndlərin “Omikron” ştamından qorunmanı təmin edəcəyi ehtimalı yüksəkdir”.

 

Aztibb.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İtaliya səhiyyə nazirinin COVID-19 pandemiyası üzrə müşaviri, Ali Sağlamlıq İnstitutunun keçmiş prezidenti Valter Rikkardi “Rai” telekanalına açıqlamasında bildirib.

 

Müşavir qeyd edib ki, “Omikron” variantı narahatlıq doğuran kimi təsnif edilib, lakin hər hansı bir nəticə çıxarmaq hələ tezdir: “Bir neçə amil artıq məlumdur. İşin mənfi tərəfi odur ki, bu variant böyük yayılma potensialına malikdir. Cənubi Afrikada iki həftə ərzində 1%-dən 30%-ə yüksəldi. Yoluxuculuq baxımından o, hətta "delta" versiyasını da üstələyir”.

 

V.Rikkardi əlavə edib ki, “Omikron”la bağlı, eyni zamanda müsbət amillər də var: “Buna misal kimi, “Omikron”a yoluxma zamanı xəstəliyin nisbətən yüngül keçməsini və mövcud testlərdən istifadə etməklə onun aşkarlanmasının effektivliyini qeyd edə bilərik: “Cənubi Afrika tibbi rəhbərliyindən bu xəstəliyin yüksək şiddətə səbəb olmadığı barədə hesabatlar aldıq. İsraildən yeni gələn digər müsbət xəbər isə hazırda mövcud olan testlər vasitəsilə ona diaqnoz qoymağın davam etməsidir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib