Səhiyyə Nazirliyi: "COVID-19 ürək xəstəliklərinin ağırlaşmasına səbəb olur"  
26.11.2021 12:46

"COVID-19 infeksiyası tənəffüs yollarının xəstəliyi kimi görülsə də, əsasən xəstəliklə bağlı ölümlərin üçdə biri ürəklə əlaqəli səbəblərə görə baş verir. Bu ölümlər ya ciddi ritm pozğunluğu, ya da ürəyin zədələnməsinin nəticəsidir. Buna görə də reanimasiya şöbələrində ürəklə bağlı ölümlər ön plandadır".

 

Aztibb.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, kardioloq İlqar Tahiroğlu deyib.

 

Kardioloq qeyd edib ki, COVID-19 virusu əsasən damarların tutulmasına səbəb olur. Buna görə də bu virus damar olan yerdə ciddi problemlər yarada bilər. Virusun yaratdığı ən mühüm problem onun damardaxili laxtalanmaya səbəb olmasıdır. Bu vəziyyət bir tərəfdən ağciyərlərdə tutulmaların əsasını təşkil edir, digər tərəfdən də infarkt keçirməyi asanlaşdıran faktor kimi görünür.

 

Nazirlik rəsmisi bildirib ki, COVID-19 mövcud ürək xəstəliklərinin ağırlaşmasına səbəb olur: "COVID-19 virus mənşəli xəstəlikdir və bütün orqanlara təsir etdiyi kimi ürəkdən də yan keçmir. Özəlliklə ürək çatışmazlığı, ürək xəstəlikləri olan insanlar COVID-19-u daha ağır keçirir. COVID-19 ürəkdə ən önəmlisi ürək əzələsinin iltihabına səbəb olur. Bu iltihaba bağlı olaraq bütün əzələ gücü zəifləyir və ürək çatışmazlığına gətirib çıxarır. Bir əsas zədələnmə də ürəkdə ciddi aritmiyalara səbəb olur ki, xəstədə mədəcik mənşəli döyüntü pozğunluğu yaranır və ürək dayanmasına qədər gətirib çıxarır".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib