Pomidor turşusundan zəhərlənib iki dəfə kliniki ölüm keçirən yeniyetmənin vəziyyəti yaxşılaşıb  
26.11.2021 10:29

Kliniki Tibbi Mərkəz noyabrın 12-də pomidor turşusundan ağır zəhərlənmə diaqnozu ilə Füzuli rayonundan Bakıya atası ilə birgə gətirilən yeniyetmənin son durumu ilə bağlı məlumat yayıb.

 

Mərkəzdən Aztibb.az-a verilən məlumata görə, pomidor turşusunda zəhərlənərək vəziyyəti ağırlaşan və iki dəfə kliniki ölüm keçirən 10 yaşlı Aytac Mirzəyevanın vəziyyəti yaxşılaşıb.

 

Qeyd olunub ki, iki həftəlik mübarizədən sonra həkimlərin səyi nəticəsində o, süni tənəffüs aparatından ayrılıb və danışmağa başlayıb.

 

"Noyabrın 12-də Aytac və atası Ricay Mirzəyev pomidor turşusundan ağır zəhərlənmə ilə Füzuli rayonundan Bakı şəhərinə gətirilmişdi. Kliniki Tibbi Mərkəzə çatdırılan hər iki xəstəyə dərhal tibbi müdaxilə olunmasına baxmayaraq, həmin günü gecə saatlarında Ricay Mirzəyev dünyasını dəyişmişdi. Yeniyetmənin isə vəziyyəti olduqca ağır idi. Xəstəxana rəhbərliyinin tapşırığı ilə Kliniki Tibbi Mərkəzin tabeliyində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasının reanimasiya şöbəsinə köçürülən yeniyetmə xüsusi nəzarətə götürülüb və həyatda qalması üçün bütün imkanlar səfərbər edilib. Bununla belə müxtəlif günlərdə iki dəfə kliniki ölüm keçirməsinə baxmayaraq, həkimlərimizin səyi ilə Aytac Mirzəyeva həyata qayıdıb" - xəstəxanadan bildirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib