Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Etik komissiyasına sədr təyin olunub
25.11.2021 15:30
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) "Klinik tədqiqatlar və Biomənimsənilmə/Bioekvivalentlik tədqiqatlar Etik komissiyalarının Əsasnaməsi" və "TƏBİB-in tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat institutları, mərkəzlər və mərkəzi xəstəxanalarda Etik komissiyaların yaradılması haqqında" əmrinə əsasən Milli Hematologiya və Transfuziologiya Mərkəzinin (MHTM) Etik komissiyasının tərkibinin təsdiq edilməsi ilə bağlı iclas keçirilib.
 
Aztibb.az xəbər verir ki, tədbirdə Mərkəzin icraçı direktoru Valeh Hüseynov, TƏBİB-in Elmi-tədqiqatlar və təhsil departamentinin Etik komissiyalarla iş şöbəsinin müdiri Vüsal Yusifov, həmin şöbənin mütəxəssisi Sevda Məmmədzadə və MHTM-nın Etik komissiyasının üzvləri iştirak ediblər.
 
İclasda Etik komissiyanın sədrinin təyin olunması məqsədilə səsvermə keçirilib.
 
Səsvermənin nəticələrinə əsasən genetika mütəxəssisi, Dr. Ağa Rza Ağayev MHTM-nın Etik komissiyasının sədri seçilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır