Reabilitasiya mərkəzlərinin psixoloqları ilə əlilliyi olan şəxslərin yaxın qohumlarının onlayn görüşü keçiriləcək
25.11.2021 12:54
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində əlilliyi olan şəxslərin yaxın qohumlarına psixoloji dəstək layihəsi davam edir. Layihə çərçivəsində sağlamlıq imkanları məhdud uşaqların valideynləri və əlilliyi olan şəxslərin yaxın qohumları üçün maarifləndirici və psixoloji təlimlər keçirilir.
 
Aztibb.az xəbər verir ki, noyabrın 27-də saat 15:00-da reabilitasiya mərkəzlərinin psixoloqları ilə əlilliyi olan şəxslərin yaxın qohumlarının onlayn görüşü keçiriləcək. Peşəkar psixoloqlar tərəfindən xəstəliklə bağlı əlilliyi olan şəxslərin psixoloji durumunun xüsusiyyətləri, reabilitasiyaya kompleks yanaşmanın zəruriliyi haqqında məlumat veriləcək, həmçinin iştirakçıların sualları cavablandırılacaq.
 
Onlayn görüş "Zoom" platforması üzərindən həyata keçiriləcək. Əlilliyi olan şəxslərin qohumları  Agentliyin rəsmi "Facebook" səhifəsinin şərh bölməsinə və ya inboxuna "+" yazmaqla görüşə qatıla bilərlər.
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib   
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub