AMEA-da Tibb Mərkəzi yaradılıb
25.11.2021 12:15

AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin nəzdində Tibb Mərkəzi yaradılıb.

 

Aztibb.az-ın məlumatına görə, bu barədə AMEA Rəyasət Heyətinin dünən keçirilən iclasında qərar qəbul olunub.

 

İclasda çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov Akademiya əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması, sağlamlığının qorunması və onlara vaxtında tibbi xidmətin göstərilməsi zərurəti yarandığını söyləyib. O, Rəyasət Heyəti aparatının İşlər idarəsinin nəzdində Tibb Mərkəzinin yaradılması ilə bağlı ilkin sənədin hazırlandığını diqqətə çatdırıb.

 

Daha sonra Rəyasət Heyəti tərəfindən AMEA əməkdaşlarının və ailə üzvlərinin sağlamlığının mühafizəsi istiqamətində kompleks profilaktika, müayinə, müalicə, maarifləndirmə və digər tibbi tədbirlərin həyata keçirilməsi məqsədilə AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin nəzdində Tibb Mərkəzinin yaradılması haqqında qərar qəbul olunub. Tibb Mərkəzinin Abşeron rayonunun Saray qəsəbəsində elm və təhsil işçiləri üçün nəzərdə tutulmuş “Science City” yaşayış kompleksində yerləşməsi qərarlaşdırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır