Tanınmış neyrocərrah Azər Əkbərov vəfat edib
24.11.2021 13:38

Uzman beyin cərrahı, hərbi həkim, ehtiyatda olan tibb xidməti mayoru Azər Əkbərov bu gün 42 yaşında onkoloji xəstəlikdən dünyasını dəyişib.

 

Aztibb.az xəbər verir ki, neyrocərrah Azər Əkbərov 2002-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsini bitirmişdi və orduda hərbi həkim kimi fəaliyyətə başlamışdı. O, 2005-ci ildə Mərkəzi Hərbi Klinik Hospitalında Ümumi cərrahiyyə üzrə ixtisas keçmişdi. 2009-cu ilədək Müdafiə Nazirliyinin Hərbi Hospitallarında ümumi cərrah kimi fəaliyyət göstərmişdi. 2015-ci ildən Respublika Diaqnostika Mərkəzində həkim-neyrocərrah vəzifəsində çalışırdı.

2009-2014-cü illərdə Türkiyənin Ankara şəhərində Gülhanə Hərbi Tibb Akademiyasında beyin və sinir cərrahiyyəsi üzrə (Neyrocərrahiyyə) Uzman Neyrocərrah dərəcəsini almışdı. Aprel döyüşlərində orduya xidmət edən Azər Əkbərov etdiyi əməliyyatlarla bir çox əsgəri şəhid və əlil olmaqdan xilas etmişdi.

 

Allah rəhmət eləsin!

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib