“Sağlam ailə, sağlam cəmiyyət” mövzusunda maarifləndirici tədbir keçirilib
24.11.2021 10:24
Təhsil Nazirliyi Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecində “Sağlam ailə, sağlam cəmiyyət” adlı maarifləndirici tədbir keçirilib.
 
"Gənclərin reproduktiv sağlamlıq və ailə planlaşdırılmasına dair biliklərinin artırılması və davranışının təkmilləşdirilməsi" mövzusunda keçirilən tədbirdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Afət Məmmədova təqdimatla çıxış edib. O, sağlam həyat tərzi və reproduktiv sağlamlıq, cinsi yolla yoluxan infeksiyalar və ailə planlaşdırılması, erkən nikahların fəsadları və digər mövzular barədə məlumat verib, gəncləri maraqlandıran sualları cavablandırıb.
 
Tədbirdə Məktəbəqədər təhsilin şöbə müdiri Mətanət İsmayılova, Pedaqogika-psixalogiya fənn birləşmə komitəsinin sədri Ülkər Qədirova, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin şöbə müdirləri Sevda Quliyeva, Kəmalə Muradlı və digərləri iştirak ediblər.
 
Gənclərə sağlam həyat tərzi seçərək zərərli vərdişlərdən uzaq olmaq tövsiyə olunub, gənc yaşlarda reproduktiv sağlamlığı qorumağın vacibliyi vurğulanıb.
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib