Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti beynəlxalq konqresdə iştirak edib (FOTO)
23.11.2021 11:33
17-20 noyabr 2021-ci il tarixlərində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Tibbi Xidmət İdarəsinin rəis müavini Elnurə Novruzlu, Mərkəzi Gömrük Hospitalının Baş həkim müavini Rəna Qasımova və PR-mütəxəssis Dilara Zamanova Türkiyənin Antalya şəhərində XII Beynəlxalq Səhiyyə və Xəstəxanaları İdarəetmə Konqresində iştirak ediblər.
 
Sağlamlıq Akademiyaları Dərnəyi (SAD) və Şimali Karolinanın (ABŞ) Pembrok Universiteti ilə birgə təşkil edilən konqresin əsas mövzusu tibb müəssisələrində tibbi, inzibati, texniki və maliyyə proseslərində idarəetmə, ictimaiyyətlə əlaqələr, xəstələr və işçilər arasında ünsiyyət olub.
 
Hibrid formatda keçirilən bu nüfuzlu konqresə Türkiyə, ABŞ, Avstriya, İngiltərə, İspaniya, Hindistan, Pakistan, Bolqarıstan və digər ölkələrdən çoxsaylı nümayəndə qatılıb. İştirakçıların əksəriyyəti onlayn olaraq konqresə qoşulub, 100-ə yaxın mütəxəssis tədbirdə işində canlı iştirak edib.
 
Noyabrın 18-də rəsmi açılış mərasimində çıxış edən konqresin sədri, SAD-ın prezidenti Seval Akgün tədbirdə müzakirə olunacaq məsələlərlə bağlı  məlumat verib. Hazırda COVID-19 pandemiyasının bütün dünyanın səhiyyə sistemlərini sarsıtdığını deyən S.Akgün bütün digər böhranlar kimi, bu böhranın da bir sıra problemləri dərinləşdirdiyini və əvvəllər fikir vermədiyimiz riskləri üzə çıxartdığını söyləyib: "Artıq bu böhranın səhiyyə sistemləri baxımından xəstəxanalara və digər tibb müəssisələrinə ən böyük təsirini görməyə başlamışıq. Dünyanın demək olar ki, hər bir ölkəsində səhiyyə sistemləri, xüsusən də xəstəxanalar COVID-19-la qəhrəmancasına mübarizə aparıb və bu günə qədər də mübarizəni davam etdirirlər. Lakin bütün bu səylər səhiyyə sisteminə, xüsusən də özəl və ya dövlət xəstəxanalarına güclü maliyyə təzyiqi göstərmişdir. Bu gün qarşımızda duran ən vacib məsələlərdən biri səhiyyə müəssisələrinin maliyyə dayanıqlığının təmin edilməsidir".
 
Konqresdə pandemiya dövründə səhiyyə müəssisələrinin dayanıqlığı ilə bağlı dəyişikliklər, COVID-19 günlərində dünya səhiyyə sistemində sağlamlıq və təhlükəsizliyin təmin edilməsi, səhiyyədə böhran və risklərin idarə edilməsi, səhiyyə xidmətlərində ictimaiyyətin iştirakı, tibb müəssisələrində ictimaiyyətlə əlaqələrin qurulmasında və əhalinin maarifləndirilməsində PR-mütəxəssislərin rolu, pandemiya dövründə səhiyyə müəssisələrinin idarəedilməsi, insan resurslarından səmərəli istifadə, maliyyə vəsaitinin bölüşdürülməsi və digər məsələlər müzakirə olunub.
 
Tədbirdə Mərkəzi Gömrük Hospitalının stendi də yer alıb. Burada nümayiş olunan broşürlər, foto və video materiallar tədbir iştirakçılarının böyük marağına səbəb olub. Həmçinin Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasıma təşəkkür plaketi təqdim edilib. O, göstərilən diqqətə görə tədbirin təşkilatçılarına təşəkkürünü bildirərək, bu kimi konqreslərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır