Qanın laxtalanma pozğunluğundan əziyyət çəkən uşaqlara təmənnasız psixoloq xidmətləri göstəriləcək
22.11.2021 21:33
"PsyCare" Peşəkar Psixoloji Xidmətlər Mərkəzi və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası arasında memorandum imzalanıb.
 
Aztibb.az xəbər verir ki, memaranduma əsasən qanın laxtalanma pozğunluğundan əziyyət çəkən uşaqlara təmənnasız olaraq psixoloq xidmətləri göstəriləcək.
 
"PsyCare" Peşəkar Psixoloji Xidmətlər Mərkəzində uşaqlar art terapiya elementləri ilə (izoterapiya, gil və qum terapiyası, oyun terapiyası və nağıl terapiyası) qrup terapiyalarından faydalanacaqlar. Həmçinin müxtəlif istiqəmətlərdə psixoloji təlimlər ( bacarıqların inkişafı, şəxsi inkişaf, idrak proseslərin inkişafı), eləcə də valideynlərlə maarifləndirici təlimlər keçiriləcək.
 
Sənədi "PsyCare" Peşəkar Psixoloji Xidmətlər Mərkəzinin direktoru Təhminə Rüstəmova və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov imzalayıblar.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır