Azərbaycanda 5 günlük körpənin ürək qüsuru aradan qaldırılıb
22.11.2021 17:39

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın Baş həkimi, ürək-damar cərrahı Kamran Musayev və komandası tərəfindən çəkisi 3,2 kq olan 5 günlük körpədə mürəkkəb ürək qüsuru əməliyyat edilərək uğurla aradan qaldırılıb.

 

Aztibb.az-ın xəbərinə görə, əməliyyatı uğurla icra edən Kamran Musayev yeni doğulmuş körpənin mürəkkəb anadangəlmə ürək qüsuru ilə doğuşdan 2 gün sonra gətirildiyini və təcili əməliyyat göstərişi ilə xəstəxanaya yerləşdirildiyini bildirib: “Yeni doğulmuş və çəkisi cəmi 3,2 kq olan körpəmiz bizə mürəkkəb anadangəlmə ürək qüsuru ilə müraciət edib. Apardığımız müayinələrin nəticəsində xəstənin aorta qövsünün kəsilməsi, mədəciklərarası və qulaqcıqlararası çəpərin defekti və açıq botal axacağı (Interrupted aortic arch + double committed VSD + ASD + PDA) diaqnozu müəyyənləşib. Bu problemlə doğulan körpələrin doğuşdan sonrakı bir ay ərzində həyatlarını itirmə riski yüksək olduğundan təcili cərrahi müdaxilə qərarı verildi və lazımi hazırlıq proseduralarından sonra körpəni əməliyyata götürdük. Bu cür xəstələrin əməliyyatında müxtəlif yanaşmalar var. Əsas yanaşma ondan ibarətdir ki, biz xəstəni bir və iki mərhələli əməliyyat edə bilərik. Sadəcə aorta qövsündəki problemini aradan qaldıraraq ürək daxilindəki qüsurları saxlayaraq iki mərhələli və ya tək mərhələdə həm ürək daxilindəki qüsurlar, həm də aorta qövsünün kəsilməsi aradan qaldırıla bilər. Biz tək mərhələli yanaşmanı seçdik və hər iki qüsuru aradan qaldırdıq. Qeyd edim ki, bu əməliyyat anteqrat serebral perfuziya dediyimiz, beyin damarları xaric, digər damarlarda qan dövranının dayandırılması ilə həyata keçirilir. Bu baxımdan, 5 günlük körpədə belə bir əməliyyatın keçirilməsi kifayət qədər çətin və mürəkkəb bir prosesdir”.

 

Əməliyyatdan öncə bədəninin üçdə ikisinə arterial qan çatmayan xəstənin əməliyyatdan sonra normal anatomiyasının bərpa olunduğunu deyən Kamran Musayev xəstədə həm ürək xarici, həm də ürəkdaxili qüsurların aradan qaldırıldığını bildirib: “Əməliyyat zamanı aorta, aorta qövsü və şaxələrinin normal anatomiyası bərpa olunub, eyni zamanda ürək daxilindəki həm mədələrarası çəpərdə, həm də qulaqcıqlararsı çəpərdəki defekt ortadan qaldırılıb. Əməliyyatdan sonrakı gedişatda xəstəmizi əvvəlcə reanimasiyada, daha sonra palatada təqib etdik və bu günlərdə evə yazdıq”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır