İmmun sistemdə psoriazın yaranması ilə bağlı olan gen müəyyən edilib
22.11.2021 11:24

Amerikalı molekulyar bioloqlar izah ediblər ki, psoriaz xəstəliyi TWEAK geninin işində pozulmalar səbəbindən baş verir. Tədqiqatın nəticələri “Science Immunology" jurnalında dərc edilib.

 

Aztibb.az TASS-a istinadla xəbər verir ki, tədqiqatın müəlliflərindən biri, La-Xoyi İmmunologiya İnstitutunun professoru Maykl Kroftun sözlərinə görə, TWEAK geni təkcə psoriazın deyil, həmçinin dəridə istənilən iltihabın, eləcə də atopik dermatitin yaranmasında iştirak edir. Psoriaz və dermatit ayrı-ayrı xəstəliklərdir, ancaq onların ümumi cəhətləri var ki, bu da dərman hazırlanmasında kömək edər.

 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada təqribən 125 milyon insan psoriazdan əziyyət çəkir. Dərmanlar xəstəliyin simptomlarını aradan qaldırır, lakin xəstəni tam sağaltmır. Xəstə dərman preparatlarından istifadəni dayandıranda psoriaz yenidən özünü göstərir. Bu, alimləri xəstəliklə yeni mübarizə metodları axtarmağa yönəldir.

 

Kroft və onun həmkarları keratinositlər, dəri hüceyrələri və immun sisteminin müxtəlif komponentləri arasında qarşılıqlı təsirin öyrənilməsinə yönələn eksperimentlər zamanı bu problemin həllinə doğru böyük addım atıblar. Alimləri maraqlandıran o idi ki, psoriazın yaranması ilə bağlı olan hansı siqnal molekulları həm bu, həm də digər cisimcikləri ifraz edə bilir. Bunun üçün bioloqlar psoriazdan əziyyət çəkən insanların hüceyrələrinin bu qəbildən hansı maddələr yaratdığını analiz ediblər və bu birləşmələrin iltihaba meyilli olan laboratoriya siçanlarına necə təsir etdiyini izləyiblər.

 

Təcrübə göstərib ki, bioloqlar gəmiricilərin dərisinə damarların böyüməsini sürətləndirən və iltihab yaranmasına imkan yaradan TWEAK zülalı məhlulunu yeridəndə, onlarda psoriaz çox tez yaranıb. Öz növbəsində, bu birləşmə dəridə iltihabı birbaşa deyil, TNF və IL-17 siqnal molekullarının fəallığını artırmaqla yaradıb.

 

Alimlər qeyd edirlər ki, psoriaz dərmanlarının çoxu məhz bu maddəyə təsir edir.

 

Siçanlar üzərində sonrakı təcrübələr göstərib ki, TWEAK zülalının yaranmasında iştirak edən genin ayrılıb çıxarılması və ya antitelin köməyilə işinin bloklanması gəmiriciləri psoriazın yaranmasından xilas edib.

 

Alimlər hesab edirlər ki, bu, insan DNT-nin müvafiq sahəsinə təsir edən preparatların psoriaz və xroniki dəri iltihabının yaranması ilə bağlı olan xəstəliklərə qarşı effektiv vasitəyə çevriləcəyindən xəbər verir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır